75 milyonu ödəməyə hazırdır – Bu qapıçı üçün

27 İyun 2023 12:00 İngiltərə 723
75 milyonu ödəməyə hazırdır – Bu qapıçı üçün

“Çelsi” “Portu”nun qapıçısı Dioqo Kostanı transfer edə bilər.

Sportinfo.az xəbər verir ki, London klubu 23 yaşlı futbolçu üçün Portuqaliya təmsilçisinin tələb etdiyi məbləği – 75 milyon avronu ödəməyə hazırdır.

Bu, müqavilə üzrə qapıçı üçün ödənilməli təzminat məbləğidir.

“Çelsi” məbləği üç dəfəyə ödəməklə “Portu”nun tələbini yerinə yetirə bilər. 25 milyon avro dərhal ödəniləcək, daha sonra iki ödəniş də ediləcək.

Daha əvvəl portuqaliyalı qolkiperlə “Mançester Yunayted”in maraqlandığı haqda da xəbərlər yayılmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR