“Çelsi” müdafiəçi Kalidou Koulibalinin “Əl Hilal”a transfer olunduğunu açıqlayıb.
Sportinfo.az xəbər verir ki, Səudiyyə klubu Kulibalini 20 milyon avroya alıb.
“Əl-Hilal” ilə müdafiəçi arasında 3 illik müqavilə imzalanıb.
Seneqallı müdafiəçinin 31 yaşı var. Ötən mövsüm o, 32 görüşdə iştirak edib və iki qol vurmağı bacarıb.
Futbolçu əvvəllər İtaliyanın “Napoli”, Belçikanın “Genk” və Fransanın “Metz” klublarında çıxış edib.

