Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Vulverhempton”un yarımmüdafiəçisi Ruben Nevesi transfer edib.
Sportinfo.az xəbər verir ki, portuqaliyalı futbolçu ilə 2026-cı ilin yayına qədər müqavilə imzalanıb.
Bu transfer üçün “Əl-Hilal” 55 milyon avro təzminat ödəyib.
Neves 2017-ci ildən “Vulverhempton”da oynayırdı. O, 2022/2023 mövsümündə İngiltərə Premyer Liqasında 35 oyuna çıxıb, 6 qol vurub, 1 qolun ötürməsini verib.
“Vulverhempton”la müqaviləsinin başa çatmasına bir il qalmışdı.

