“Çelsi” yarımmüdafiəçi Meyson Mauntu “Mançester Yunayted”ə satmaqdan imtina edib.
Sportinfo.az xəbər verir ki, “zadəganlar” Mançester təmsilçisinin üçüncü təklifini də geri çevirib.
London klubu futbolçu üçün nəzərdə tutulan məbləğlə razılaşmayıb.
MY isə Maunt üçün 58 milyon funt-sterlinq, sonra isə daha 7 milyon funt-sterlinq ödəyəcəyini deyib.
“Çelsi” “qırmızı şeytanlar”a görüşərək, müqavilənin şərtləri ilə bağlı daha ətraflı müzakirələr aparmağı və ortaq qərarın verilməsini təklif edib.
Maunt London klubunun yetirməsidir. O, 2022/23 mövsümündə “Çelsi”nin heyətində 35 oyunda 3 qol vurub və 6 məhsuldar ötürmə edib.
Mauntun klubla müqaviləsi 2024-cü ilin iyun ayının sonuna kimi qüvvədədir. Yarımmüdafiəçi müqaviləni yeniləmək istəmir.
O, “Mançester Yunayted”ə keçməyi düşünür.

