“Liverpul” yarımmüdafiəçisi Fabio Karvalyonu icarəyə verməyə hazır olduğunu bildirib.
Sportinfo.az xəbər verir ki, Mersisayd təmsilçisi portuqaliyalını Almaniya klubu “Leyptsiq”ə icarəyə verməklə bağlı razılıq əldə etməyə yaxındır.
Gələn həftə Karvalyonun yeni klubuna qoşulacağı gözlənilir.
20 yaşlı oyunçu 2022-ci ilin yayında “Fulhem”dən “Liverpul”a keçib. O, 2022/23 mövsümündə “qırmızılar”ın heyətində 21 oyuna çıxıb və üç qol vurub.

