“İnter”in qapıçısı Premyer Liqa klubunda ehtiyatda oturmağa razılaşacaq?

23 İyun 2023 15:40 İngiltərə 847
“İnter”in qapıçısı  Premyer Liqa klubunda ehtiyatda oturmağa razılaşacaq?

“Mançester Yunayted” “İnter”in qapıçısı Andre Onananı transfer etmək üçün danışıqlar aparır.

Sportinfo.az xəbər verir ki, İngiltərə klubunun nümayəndələri dünən qolkiperin agenti Alberto Botineslə görüşüb.

“İnter” futbolçusunu bonuslar da daxil olmaqla 50 milyon avrodan aşağı qiymətə satmaq fikrində deyil.

“Qırmızı şeytanlar” Onananı ispaniyalı qapıçı David de Xeanın əvəzləyicisi kimi nəzərdən keçirir.

Kamerunlu qolkiper 2022-ci ilin iyulundan “neradzurra”nın heyətində çıxış edir. O, 2022/23 mövsümündə 41 oyuna çıxıb, 36 qol buraxıb və 19 dəfə qapısını toxunulmaz saxlayıb.

Onananın “İnter”lə hazırkı müqaviləsi 2027-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR