
İngiltərə Premyer Liqasında yanvarın ən yaxşısı məşqçisi müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, "Arsenal"ın çalışdırıcısı Mikel Arteta ötən ayın ən yaxşı seçilib.
O, ardıcıl 2-ci dəfə, bu mövsüm 3-cü dəfə bu mükafata layiq görülüb.
Mütəxəssisin rəhbərliyi altında "Arsenal" yanvarda Premyer Liqada 2 qələbə qazanıb, 1 heç-heçə edib.