O, “Barselona”ya keçməkdən niyə son anda imtina edib?

27 Sentyabr 2022 22:00 İngiltərə 438
O, “Barselona”ya keçməkdən niyə son anda imtina edib?

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva yay transfer pəncərəsi dövründə “Barselona”ya keçməkdən imtina edib.

Sportinfo.az xəbər verir ki, tərəflər arasında danışıqlar gedib və 28 yaşlı portuqaliyalı Kataloniya klubuna keçməyə hazır imiş.

Amma o, transfer pəncərəsinin sonunda klubunu dəyişməkdən imtina edib.

Xəbərdə bildirilir ki, Silva Mançester klubuna və azarkeşlərə hörmət edir və getməli olsa, bunu hər iki tərəfə hörmət edərək etmək istəyir.

Bernardo Silva bu mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 10 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!