"Səhvlərdən qaça bilmədik"

25 Sentyabr 2022 01:40 İngiltərə 417
"Səhvlərdən qaça bilmədik"

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt UEFA Millətlər Liqasında İtaliya ilə oyunla bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, səhvlərdən qaça bilmədiklərini deyib:

“Matçın müəyyən hissələrində çox yaxşı oynadıq. Amma həlledici məqamda səhvlərdən qaça bilmədik.

Aydındır ki, hər kəs nəticəyə əhəmiyyət verir. Amma düşünürəm ki, müsbət məqamlar çox oldu. Bu çıxışımız düzgün istiqamətdə atılmış addım idi”.

Sautqeytin komandası beş turda cəmi iki xal toplayıb. Oyun İtalya millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!