"40 yaşında Premyer Liqada oynamaq çox çətindir"

24 Sentyabr 2022 00:00 İngiltərə 819
"40 yaşında Premyer Liqada oynamaq çox çətindir"

"Fulhem"in futbolçusu, Braziliya millisinin sabiq üzvü Villian karyerasını nə vaxt başa vuracağını bilmədiyini deyib.

Sportinfo.az xəbər verir ki, "The Athletic"ə açıqlama verən tanınmış futbolçu belə danışıb:

"Neçə yaşına qədər oynayacağımı hələ bilmirəm. Bilmirəm, hardasa 40 yaşa qədər. İldən-ilə irəliləyəcəm.

Doğrudurr, Premyer Liqada 40 yaşında oynamaq çox çətindi. Amma Tyaqo Silvaya baxın, o, 38 yaşında necə də yaxşı oynayır. Tyaqo nümunəsi mənə motivasiya verir".

“Korintians”, “Şaxtyor”, “Anji”, “Çelsi”, “Arsenal” klublarında oynamış 34 yaşlı futbolçu bu yaydan “Fulhem”də oynamağa başlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada