O, 15 yaşında paytaxt klubunda Premyer Liqada debüt etdi – VİDEO+FOTO

19 Sentyabr 2022 00:20 İngiltərə 377
O, 15 yaşında paytaxt klubunda Premyer Liqada debüt etdi – VİDEO+FOTO

İngiltərə Premyer Liqasında 8-ci turun oyunlarına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, səfərdə “Brentford”la qarşılaşan “Arsenal” 3:0 hesablı qələbə qazanıb.

“Arsenal”ın 15 yaşlı futbolçusu İtan Nvaneri İngiltərə Premyer Liqasında yeni rekordun sahibinə çevrilib.

Nvaneri səfərdə 3:0 hesablı qələbəyə sevindikləri matçın 92+2-ci dəqiqəsində meydana buraxılıb. Hücumameyilli futbolçu buna 15 yaş 181 günlüyündə nail olub.

Premyer Liqada bundan əvvəlki rekord “Liverpul”un futbolçusu Harvi Elliota məxsus idi. O, 16 yaş 30 günlüyündə Premyer Liqada debüt etmişdi.

Xallarını 18-ə çatdıran "Arsenal" yenidən liderliyə yüksəlib. "Mançester Yunayted" 17 xalla 2-cidir. 3-cü pillədə olan "Tottenhem"in də 17 xalı var.

“Brentford” – “Arsenal” - 0:3

Qollar: Saliba, 17. Q.Jezus, 28. Vieyra, 49.

Digər Xəbərlər
Xəbər Lenti