Premyer Liqada avqustun ən yaxşılarını tanıyın

18 Sentyabr 2022 00:20 İngiltərə 270
Premyer Liqada avqustun ən yaxşılarını tanıyın

İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu və ən yaxşı məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, “Mançester Siti”nin hücumçusu Erlinq Haaland Premyer Liqada avqust ayının ən yaxşı oyunçusu seçilib.

“Şəhərlilər”in yeni transferi bu komandadakı ilk ayındaca belə bir uğura nail olub. Norveçli forvard avqustda meydana çıxdığı 5 oyunda 9 qol vurub, 1 məhsuldar ötürmə edib.

Bu isə Premyer Liqada rekord başlanğıc hesab olunur. Haaland Premyer Liqanın ilk 5 oyununda 8 qol vuran Maykl Kuinn və Serxio Aqueronun rekordunu yeniləyib.

“Arsenal”ın çalışdıran Mikel Arteta isə ötən ayın ən yaxşı məşqçisi elan olunub. 40 yaşlı mütəxəssisin komandası avqust ayında keçirdiyi 5 matçın hamısında qalib gəlib.

Arteta Xosep Qvardiola (“Mançester Siti”), Antonio Konte (“İnter”), Qrem Potter (“Brayton”, hazırda isə “Çelsi”) və Marko Silvanı (“Fulhem”) qabaqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti