“Mançester Siti”dən inamlı qələbə, Holanddan rekord - VİDEO

18 Sentyabr 2022 00:00 İngiltərə 423
“Mançester Siti”dən inamlı qələbə, Holanddan rekord - VİDEO

“Mançester Siti”nin hücumçusu Erlinq Holand İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı qolçu buna “Vulverhempton”a qarşı keçirdikləri VIII tur oyununda nail olub.

16-cı dəqiqədə “şəhərlilər”in 2-ci qoluna imza atan norveçli forvard ardıcıl 4 səfər matçında fərqlənən ilk oyunçu kimi tarixə düşüb.

“Mancester Siti” - “Vulverhampton” qarşılaşmasında qonaqlar böyük hesabla qələbə qazanıb.

“Şəhərlilər” elə ilk dəqiqədə Cek Qrilişin qolu ilə hesabda önə keçiblər.

Holandın qolu da özünü çox gözlətməyib. Belə ki, norveçli ulduz B.Silvanın ötürməsindən sonra oyunun 16-cı dəqiqəsində hesabı 0-2 edib.

Meydan sahiblərində Neytan Kollinz 33-cü dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

“Malinous Stedium”da baş tutan matçda Fil Foden də adını fərqlənənlərin siyahısına sala bilib, 0-3.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı