“Əla iş gördük, uşaqlar!” - Ronaldo “tvitter” hesabında yazdı

17 Sentyabr 2022 15:40 İngiltərə 394
“Əla iş gördük, uşaqlar!” - Ronaldo “tvitter” hesabında yazdı

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo Avropa Liqasının qrup mərhələsinin 2-ci tur matçında “Şerif” üzərində qazanılan qələbəni (2:0) şərh edib.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı futbolçu oyun haqqında “tvitter” hesabında bu sözləri yazıb:

“Qol vurmağa və komandanın qalib gəlməsinə kömək etməyə görə şadam! Üç vacib məqam! Əla iş gördük, uşaqlar!”

“Şerif”lə oyundakı qol Ronaldonun Avropa Liqasında 1-ci, karyerasında isə 699-cu qolu olub.

Avropa Liqasının qrup mərhələsinin 2 turundan sonra 3 xal toplayan “Mançester Yunayted” E qrupunda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Şerif” isə 3 xalla 3-cü pillədədir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”