“Gizlənmək üçün heç bir əsas yox idi - Hamımız nəyin səhv olduğunu bilirdik”

14 Sentyabr 2022 22:00 İngiltərə 423
“Gizlənmək üçün heç bir əsas yox idi - Hamımız nəyin səhv olduğunu bilirdik”

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Ayaks"ı 2:1 hesabı ilə məğlub etdikdən sonra komandasının qələbəyə layiq olduğunu deyib.

Sportinfo.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan almaniyalı mütəxəssis oyunu belə şərh edib:

"Gərgin oyun alındı. Biz qələbə layiq idik. "Napoli" oyunundan sonra gizlənmək üçün heç bir əsas yox idi.

Hamımız nəyin səhv olduğunu bilirdik. Kim olduğumuzu ətraflı şəkildə komanda ilə danışdıq.

Sadəcə olaraq, bunu davam etdirməliydik. "Ayaks" çox güclü idi, bir az gözləməliydik.

Göstərdiklərimizi nəzərə alsaq, heç kim nəticədən şikayət edə bilməz. Bu, insanların bizdən gözləməli olduğu ən vacibidi.

Nə etməli olduğumuzu uşaqlar bilirlər və bunu ötən həftə də göstərməliydilər. Lakin bu, alınmadı".

Digər Xəbərlər
Xəbər Lenti