Ronaldo ərəblərin illik 240 milyon avroluq təklifini rədd etdi

14 Sentyabr 2022 10:20 İngiltərə 394
Ronaldo ərəblərin illik 240 milyon avroluq təklifini rədd etdi

“Mançester Yunayted”in ulduzu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanından təklif alıb.

Sportinfo.az xəbər verir ki, adı açıqlanmayan klub Ronaldoya illik 240 milyon avro ödəməyə hazır olduğunu bildirib.

Amma 37 yaşlı hücumçu rədd cavabı verib.

Ronaldo təklifi qəbul etsəydi, dünyanın ən çox maaş alan oyunçusu olacaqdı. Portuqaliyalı hücumçunun az şans qazandığı üçün “qırmızı şeytanlar”dan mövsümün sonunadək ayrılma ehtimalı yüksəkdir.

Daha əvvəl Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasir Əl-Mişal Ronaldonu yerli çempionata gətirmək istədiyini bildirib.

Hücumçunun klubu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti