Premyer Liqa klubu ilə müqavilə imzaladı - Almaniyalı qapıçı

13 Sentyabr 2022 12:20 İngiltərə 356
Premyer Liqa klubu ilə müqavilə imzaladı - Almaniyalı qapıçı

"Liverpul"un keçmiş qapıçısı Loris Kariusun yeni klubu rəsmiləşib.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı "əlcək sahibi" yenidən İngiltərə Premyer Liqasında oynayacaq.

Almaniyalı qolkiper "Nyukasl"a transfer olub. Onunla yanvar ayına kimi nəzərdə tutulan sözləşmə imalanıb. Tərəflər yanvarda müqaviləni daha 6 ay uzada bilərlər. Məlumatı "sağsağanlar"ın mətbuat xidməti yayıb.

Loris Karius son olaraq icarə əsasında "Yunyon Berlin"də çıxış edib. Onun "Liverpul"la müqaviləsi bu ilin yayında bitib.

Digər Xəbərlər
Xəbər Lenti