"Mançester Yunayted"də heç kim Ronaldonun qalmasını istəmir

13 Sentyabr 2022 00:20 İngiltərə 444
"Mançester Yunayted"də heç kim Ronaldonun qalmasını istəmir

"Mançester Yunayted"in futbolçuları komanda yoldaşları Kriştiano Ronaldonun yanvar ayında klubdan ayrılmasını istəyirlər.

Sportinfo.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

"The Sun"a danışan bir mənbə bildirib ki, "qırmızı şeytanlar"ın oyunçuları əvvəlcə 37 yaşlı hücumçunun komandaya gəlişinə görə xoşbəxt olublar, lakin indi onun getməsini istəyirlər:

"Ronaldo ötən mövsüm "Mançester Yunayted"ə gələndə bütün futbolçular sevindilər, lakin o, bu mövsümün əvvəlindəki hazırlıq prosesini buraxdığı üçün məyus oldular".

Xəbərə görə, Ronaldo meydana çıxmaq şansı alanda taktikadan çox öz hissləri ilə hərəkət edir və bu, komandaya mənfi təsir edir.

"Daily Mail" isə yazır: "Mançester Yunayted"dəki futbolçular Ronaldonun yanvar ayında göndərilməsi üçün klubun əlindən gələni etməsini istəyirlər".

Ronaldo 2003-2009-cu illərdə də "Mançester Yunayted"də oynayıb. O, 2021-ci ili avqustunda klubla 2+1 illik müqavilə imzalayıb.

Lakin Ronaldonun İngiltərə təmsilçisindən ayrılmaq istədiyi barədə xəbərlər yayılıb. O, komandasının mövsüm öncəsi hazırlığını da buraxmışdı.

Bundan əlavə, Ronaldo yeni mövsümdə çıxdığı 7 matçda heç nə ilə yadda qalmayıb.

Digər Xəbərlər
Xəbər Lenti