“Bu, onun nə qədər sevildiyini göstərdi” – Bekhem söylədi

12 Sentyabr 2022 00:10 İngiltərə 349
“Bu, onun nə qədər sevildiyini göstərdi” – Bekhem söylədi

İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem Kraliça II Elizabetin ölümü ilə bağlı sosial media hesabında paylaşım edib:

Sportinfo.az xəbər verir ki, Bekhem, kraliçanın ölümünə çox kədərləndiyini yazıb:

“Kraliçanın vəfatına həqiqətən kədərlənirəm. Hamımızın özümüzü nə qədər boş hiss etdiyimiz onun Böyük Britaniyada və bütün dünyada insanlar üçün nə demək olduğunu göstərir.

Kraliça rəhbərliyi ilə bizi nə qədər ruhlandırdı! Çətin anlarımızda bizə necə təsəlli verdi! O, son günlərinə qədər Böyük Britaniyaya ləyaqət və zadəganlıqla xidmət etdi.

Taxt-taca çıxmağın 70-ci ildönümündə çoxlu sevgi və ehtiramın olduğunu gördük. Bu, onun nə qədər sevildiyini göstərdi. Düşüncələrim və dualarım kral ailəmizlədir…”

II Elizabet 1952-ci ildə, atası Kral VI Georqun ölümündən sonra taxta çıxıb. Britaniya taxt-tacının vərəsəlik qaydasına görə, Böyük Britaniyanın növbəti kralı onun oğlu, Uels şahzadəsi Çarlz olub. Bu il onun 74 yaşı tamam olur.

Bukingem Sarayı sentyabrın 8-də Böyük Britaniya kraliçasının 96 yaşında vəfat etdiyini elan edib.

Digər Xəbərlər
Xəbər Lenti