“Bu, sadəcə ayıbdır! Gördüklərimiz əsl təlxəklik idi”

11 Sentyabr 2022 00:10 İngiltərə 638
“Bu, sadəcə ayıbdır! Gördüklərimiz əsl təlxəklik idi”

“Liverpul”un keçmiş futbolçusu Cimi Karrager müdafiəçi Co Qomesi Çempionlar Liqasının 1-ci turunda “Napoli”yə qarşı oyunundakı çıxışına görə tənqid edib.

Sportinfo.az xəbər verir ki, Karrager “Liverpul”un oyunu haqda “ayıbdır” ifadəsini işlədib:

“Bu cür müdafiə oyunu şokedicidir. Qomes mümkün olan ən pis hissələrdən birini keçirdi. Ona görə də, fasilədən sonra dəyişdirildi.

“Napoli” ilk hissədə dörd-beş qol vurmalı idi. Söhbət Çempionlar Liqası və Premyer Liqanın qalibi olan futbolçulardan gedir.

Bu, sadəcə ayıbdır. Gördüklərimiz əsl təlxəklik idi”.

“Napoli” “Liverpul”u 4:1 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!