Bu oyunçu Premyer Liqada baş məşqçi vəzifəsini icra edəcək - VİDEO

10 Sentyabr 2022 10:00 İngiltərə 936
Bu oyunçu Premyer Liqada baş məşqçi vəzifəsini icra edəcək - VİDEO

“Brayton”un yarımmüdafiəçisi Adam Lallana müvəqqəti olaraq klubun baş məşqçisi vəzifəsini icra edəcək.

Sportinfo.az xəbər verir ki, komandanın keçmiş rəhbəri Qrem Potter londonlularla 5 illik müqavilə imzalayaraq “Çelsi”yə keçib.

34 yaşlı Lallana komandanın aktiv oyunçusudur. Bununla belə, o, klubun gənclərdən ibarət kollektivinin məşqçisi Endryu Kroftsla birgə komandanı növbəti oyuna hazırlayacaq.

“Brayton” Premyer Liqanın növbəti turunda sentyabrın 10-da “Bornmut”la qarşılaşacaq.

Yalnız bundan sonra klub baş məşqçi axtarışına çıxacaq. Oktyabrın 1-dək komandanın digər oyunları olmayacaq.

Mənbə: sports.ru

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti