“Çelsi”nin yeni baş məşqçisi Qrem Potterin London klubun nə qədər qazanacağı məlum olub.
Sportinfo.az xəbər verir ki, 47 yaşlı mütəxəssis 5 illik müqaviləyə əsasən 69 milyon avro alacaq.
“Zadəganlar” Potterin gedişinə görə əvvəlki klubu “Brayton”a 17.2 milyon avro ödəyib.
“Çelsi” ötən gün Potterlə 5 illik müqavilə imzaladığını açıqlayıb.

