"Çelsi" nin yeni baş məşqçisi müəyyənləşib.
Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi Qrem Potterlə 5 illik müqavilə bağlayıb.
47 yaşlı ingiltərəli mütəxəssisin son klubu yerli "Brayton" olub.
"Çelsi" sentyabrın 6-da Tomas Tuxeli baş məşqçi postundan istefaya göndərib.
İngiltərə Premyer Liqasında 6 turdan sonra London komandası 10 xalla 6-cı yeri tutur. Çempionlar Liqasının ilk turunda "zadəganlar" Xorvatiyada Zaqreb "Dinamo"suna uduzub - 0:1.

