"Liverpul"un keçmiş qapıçısı Loris Karius yenidən Premyer Liqaya qayıdır.
Sportinfo.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
29 yaşlı qolkiperin "Nyukasl"a keçəcəyi gözlənilir. Almaniyalı "əlcək sahibi"nin tibbi müayinədən sonra "sağsağanlar"la müqavilə imzalayacağı gözlənilir.
Loris Karius son olaraq icarə əsasında "Yunyon Berlin"də çıxış edib. Onun "Liverpul"la müqaviləsi bu ilin yayında bitib.

