"Çelsi"nin yeni baş məşqçisi müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, London təmsilçsi hazırda "Brayton"u çalışdıran Qrem Potterlə şəxsi razılıq əldə edib.
Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
47 yaşlı mütəxəssis 2019-cu ilin may ayından "Brayton"u çalışdırır. "Çelsi" ingilis məşqçi üçün onun klubuna 18,5 milyon avro təminat ödəyəcək.
"Çelsi" dünən Tomas Tuxellə yollarını ayırıb.

