“Liverpul”un “Yuventus”dan icarəyə götürdüyü braziliyalı yarımmüdafiəçi Artur Melo ilə hansı şərtlərlə anlaşdığı məlum olub.
Sportinfo.az xəbər verir ki, “Liverpul” 26 yaşlı futbolçunu mövsümün sonunda 37,5 milyon avroya almaq imkanına malik olacaq.
Amma İngiltərə klubu bu məbləğin qarşı tərəfə yalnız 2024-cü ilin yayında ödənilməsi ilə bağlı razılığa gəlib.
Artur “Qremio”nun məzunudur. O, 2018-ci ildə “Barselona”ya, iki il sonra isə “Yuventus”a keçib.
2019-cu ildə futbolçu Braziliya millisi ilə Amerika kubokunu qazanıb.

