"Mançester Yunayted" Ronaldonu Avropa Liqası üçün sifariş etdi

7 Sentyabr 2022 10:20 İngiltərə 537
"Mançester Yunayted" Ronaldonu Avropa Liqası üçün sifariş etdi

"Mançester Yunayted" Avropa Liqasının qrup mərhələsində keçirəcəyi matçlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Sportinfo.az xəbər verir ki, siyahıda sonuncu dəfə 2002/03 mövsümündə Avropa Liqasında çıxış edən hücumçu Kriştiano Ronaldo da var.

Həmin vaxt turnir UEFA Kuboku adlanırdı və 37 yaşlı hücumçu Portuqaliya "Sportinq"inin formasını geyinirdi.

Qapıçılar: David de Xea , Martin Dubravka, Tom Hiton

Müdafiəçilər: Dioqo Dalot, Viktor Lindelof, Harri Maquayr, Tirell Malasia, Lisandro Martinez, Luk Şou, Aksel Tuanzebe, Rafael Varan, Aaron Van-Bissaka

Yarımmüdafiəçilər: Kazemiro, Kristian Eriksen, Bruno Fernandeş , Fred, Skott Maktomini, Fakundo Pellistri, Ceydon Sanço, Donni van de Bek

Hücumçular: Antoni, Aleksandro Qarnaço, Entoni Marsial, Markus Reşford, Kriştiano Ronaldo.

"Mançester Yunayted” Avropa Liqasının qrup mərhələsində “Omoniya”, “Şerif” və “Real Sosyedad”la qarşılaşacaq.

Komanda 1-ci tur matçını bu gün evdə "Real Sosyedad"a qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti