"O, keyfiyyətli qolçudur, bizdə çatışmayan futbolçudur"

7 Sentyabr 2022 01:40 İngiltərə 652
"O, keyfiyyətli qolçudur, bizdə çatışmayan futbolçudur"

“Çelsi”nin yarımmüdafiəçisi Mateo Kovaçiç Pyer-Emerik Obameyanqın transferi ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, Kovaçiç, qabonlu hücumçunun “Çelsi”yə keçidinə şad olduqlarını deyib:

“Deyə bilərəm ki, Obameyanq komandamıza əlavə güc qazandıracaq. O, keyfiyyətli qolçudur, bizdə çatışmayan futbolçudur.

Son illər “Çelsi”də 20-25 qol vuran hücumçu yoxdur. Və ona qalib gəlmək lazımdır. Ona görə də, onun komandamıza gəlməsinə şadıq.

Obameyanq özünü artıq sübut etmiş qolçudur. Ümid edirəm ki, o, “Çelsi”də yaxşı iş görəcək”.

Sentyabrın 2-də “Çelsi” “Barselona”dan Obameyanqın transferini rəsmən elan edib. “Zadəganlar” 33 yaşlı qabonlu üçün 12 milyon avro ödəyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti