“Arsenal” “Old Trafford”da büdrədi: “Mançester Yunayted” 3 qolla qazandı: VİDEO+FOTOLAR

5 Sentyabr 2022 00:20 İngiltərə 772
“Arsenal” “Old Trafford”da büdrədi: “Mançester Yunayted” 3 qolla qazandı: VİDEO+FOTOLAR

İngiltərə Premyer Liqasında altıncı tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son qarşılaşmasında “Mançester Yunayted” çempionatın lideri “Arsenal”ı qəbul edib.

Hücumçu Kriştianu Ronaldu ardıcıl dördüncü dəfə “qırmızı şeytan”ların start heyətində yer almayıb.

O, yalnız matçın 58-ci dəqiqəsində meydana daxil olub və oyundakı ilk qolun müəllifi, debüt matçındaca fərqlənən Antoni Santosu əvəzləyib.

Gərgin keçən qarşılaşma meydan sahiblərinin üstünlüyü ilə keçib - 3:1.

Bu, “Arsenal”ın yeni mövsümdəki ilk məğlubiyyəti olub. Xalsız qalmalarına baxmayaraq, “topçular” çempionatdakı liderliklərini qoruya biliblər. Mankunianlar isə bu nəticədən sonra turnir cədvəlində beçinci sıraya yüksəliblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti