“Mançester Yunayted”dən ardıcıl üçüncü qələbə - VİDEO

2 Sentyabr 2022 01:30 İngiltərə 628
“Mançester Yunayted”dən ardıcıl üçüncü qələbə - VİDEO

Sportinfo.az xəbər verir ki, İngiltərə Premyer Liqasında beşinci turun son matçı keçirilib.

Bu mövsüm qələbəyə həsrət qalan “Lester” “Kinq Pauer” arenasında “Mançester Yunayted”i qəbul edib.

Çempionata uğursuz başlasa da, son iki matçda qalib gələn “qırmızı şeytanlar”ın heyətində Ronaldunun ardıcıl üçüncü dəfə start heyətdə yer almaması diqqətdən yayınmayıb.

Portuqaliyalı yalnız matçın 68-ci dəqiqəsində oyundakı yeganə qolun müəllifi Ceydon Sançonu əvəzləyib.

Qarşılaşmanın nəticəsinə gəlincə, mankunianlılar səfər matçından minimal üstünlüklə ayrılıblar - 0:1

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti