Premyer Liqa təmsilçisi müdafiəçisini İtaliya klubuna icarəyə verdi

1 Sentyabr 2022 10:00 İngiltərə 669
Premyer Liqa təmsilçisi  müdafiəçisini İtaliya klubuna icarəyə verdi

İtaliyanın "Spetsia" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi "Çelsi"nin mərkəz müdafiəçisi Etan Ampadunu transfer edib.

Uelsli futbolçu 2022/2023 mövsümündə icarə əsasında "Spetsia"da çıxış edəcək.

Etan Ampadu "Çelsi"nin akademiyasına 2017-ci ilin yayında "Ekseter Siti"dən transfer olunub. 21 yaşlı müdafiəçi son mövsümü icarə əsasında "Venetsia"da keçirib.

O, İtaliya klubunun heyətində meydana çıxdığı 30 matçda 3 qol ötürməsi ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada