Məşhur agent Ronaldonu “Çelsi”yə təklif etdi - İKİNCİ DƏFƏ

30 Avqust 2022 00:20 İngiltərə 763
Məşhur agent Ronaldonu “Çelsi”yə təklif etdi - İKİNCİ DƏFƏ

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun agenti Jorje Mendeş yay transfer pəncərəsinin bağlanması ərəfəsində “Çelsi” ilə əlaqə saxlayıb.

Sportinfo.az xəbər verir ki, 37 yaşlı futbolçunun agenti onu Çempionlar Liqasında çıxış edən kluba cəlb etməyə çalışarkən, “zadəganlar”ın mövqeyini öyrənməyə çalışıb.

Xatırladaq ki, Ronaldo yay transfer dövrünün əvvəlində “Çelsi”yə təklif edilsə də, komandanın baş məşqçisi Tomas Tuxel onunla müqavilədə maraqlı olmayıb.

Avqustun 28-də Ronaldonun icarə əsasında “Napoli”yə keçməyə hazır olduğu bildirilib.

Ronaldonun MY ilə müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti