Premyer Liqa klubu 70 milyonluq hücumçu aldı - “Real Sosyedad”dan

28 Avqust 2022 01:40 İngiltərə 1 031
Premyer Liqa klubu 70 milyonluq hücumçu aldı - “Real Sosyedad”dan

“Nyukasl” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Real Sosyedad”ın hücumçusu Aleksander İsakı heyətinə qatıb.

İsveçdən olan 22 yaşlı futbolçu yeni klubu ilə 6 illik müqaviləyə imza atıb.

“Nyukasl” bu transfer üçün “Real Sosyedad”a 65 milyon avro ödəyib.

İspaniya klubunun bonuslarla əlavə 5 milyon avro qazanması da mümkündür. Futbolçunun gələcəkdəki satışından da müəyyən faizi La Liqa təmsilçisinə çatacaq.

Aleksander İsak 2019-cu ildə 15 milyon avro qarşılığında Dortmund “Borussiya”sından (Almaniya) “Real Sosyedad”a transfer olunmuşdu. İsveçli forvard La Liqa klubunda 132 oyuna çıxıb, 44 qol vurub.

O, daha öncə AİK (İsveç) və “Villem” (Niderland) kimi klubların da formasını geyinib. İsveç yığmasında 37 oyun keçirmiş futbolçu, 9 qola imza atıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti