İngiltərə Premyer Liqasında IV tur davam edir.
Sportinfo.az xəbər verir ki, “Arsenal” Londonda “Fulhem”lə görüşüb.
İlk üç turda itkisiz irləliəyən “topçular” bu dəfə də ənənəni pozmayıblar.
“Fulhem”in hüçumçusu Mitroviç hesabı açaraq Premyer Liqada dördüncü matçında dördüncü qolunu vursa da, meydan sahiblərinin heyətində Odeqard və Qabriel fərqlənərək komandalarına qələbə qazandırıblar.
Bu nəticə ilə dörd oyundan sonra maksimum nəticə əldə edən “Arsenal” turnir cədvəlinə liderlik edir.

