Paytaxt klubu onun üçün bir daha təklif göndərməyəcək

25 Avqust 2022 00:10 İngiltərə 671
Paytaxt klubu onun üçün bir daha təklif göndərməyəcək

"Çelsi" Uesli Fofana transferindən vaz keçib.

Sportinfo.az xəbər verir ki, "zadəganlar" 21 yaşlı futbolçuya görə üçüncü dəfə "Lester"ə təklif göndərmişdi.

“Tülkülər” isə “Çelsi” ilə Fofana üçün danışıqlara getməkdən imtina edərək onun komandada qalacağını qarşı tərəfə bildirib.

London klubu isə Fofana üçün bir daha təklif göndərməyəcək.

"Lester" Fofanaya görə 95 milyon avro tələb edirdi.

Fransalı futbolçu “Sent-Etyen” yetirməsidi və 2020-ci ildən “Lester”də oynayır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada