Premyer Liqa klubundan rekord transfer - 5 illik müqavilə imzalandı

20 Avqust 2022 10:20 İngiltərə 1 317
Premyer Liqa klubundan rekord transfer - 5 illik müqavilə imzalandı

“Nottingem Forest” daha bir transfer həyata keçirib.

Sportinfo.az xəbər verir ki, sözügedən klub “Vulverhempton”un hücumameylli yarımmüdafiəçisi Morqan Gibbs-Uaytı heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İngiltərədən olan 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Yarımmüdafiəçi yeni komandasında 10 nömrəli formanı geyinəcək.

“Nottingem Forest” bu transfer üçün “Vulverhempton”a 29.5 milyon avro ödəyib. Bu isə klub tarixinin ən bahalı transferi deməkdir.

Gibbs-Uayt “Vulverhempton”un öz yetirməsidir. O, 2017-ci ildə debüt etdiyi əsas komandada bütövlükdə 88 oyun keçirib,

3 qol vurub. Yarımmüdafiəçi 2020/21 mövsümünü “Suonsi Siti”də, ötən mövsümü isə “Şeffild Yunayted”də icarədə keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada