Yeni müştərisi də var - Paytaxt klubundan getmək istəyir

19 Avqust 2022 12:20 İngiltərə 940
Yeni müştərisi də var - Paytaxt klubundan getmək istəyir

“Mançester Yunayted” “Çelsi”nin hücumçusu Kristian Pulişiçlə maraqlanır.

Sportinfo.az xəbər verir ki, “qırmızı şeytanlar” “Çelsi”də az şans qazanmasından narazı olan və DÇ-2022-yə qədər daha çox oyun təcrübəsi əldə etmək istəyən 23 yaşlı amerikalı üçün icarə variantını nəzərdən keçirir.

“Nyukasl”, “Yuventus” və “Atletiko” da futbolçu ilə maraqlanır, lakin bu klublar oyunçunu icarəyə götürmək yox, birdəfəlik almaq istəyir.

“Çelsi” Pulisiçi satmaq istəmir, amma onu başqa kluba icarəyə vermək variantlarını nəzərdən keçirməyə hazırdır. Futbolçunun özü də “Mançester Yunayted”ə keçmək variantına razıdır.

Pulişiç 2022/23 mövsümündə “Çelsi”nin heyətində 2 matçda iştirak edib, qol vurmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada