Premyer Liqa klubundan 45 milyonluq transfer - 5+1 illik müqavilə

18 Avqust 2022 15:40 İngiltərə 952
Premyer Liqa klubundan 45 milyonluq transfer - 5+1 illik müqavilə

İngiltərənin "Vulverhempton" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Sportinq"dən Mateus Nunesi transfer edib.

"Vulverhempton" 23 yaşlı dayaq yarımmüdafiəçisi ilə 5+1 illik müqavilə imzalayıb. Portuqaliyalı üçün Lissabon təmsilçisinə 45+5 milyon avro təzminat ödəniləcək.

Mateus Nunes "Sportinq"ə 2019-cu ilin yanvar ayında "Eştoril"dən transfer olunub.

Portuqaliya millisinin üzvü son mövsümdə komandanın heyətində meydana çıxdığı 50 matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada