"Çətin vəziyyətdəyik, bizə yeni, keyfiyyətli futbolçular lazımdır"

15 Avqust 2022 10:20 İngiltərə 1 058
"Çətin vəziyyətdəyik, bizə yeni, keyfiyyətli futbolçular lazımdır"

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə çempionatının ikinci turunda “Brentford”a (0:4) məğlubiyyətdən danışıb:

Sportinfo.az xəbər verir ki, niderlandlı məşqçi yüksək səviyyəli yeni futbolçulara ehtiyac olduğunu deyib:

“Biz komanda olaraq çətin vəziyyətdəyik. Təbii ki, hamımız fərqli bir başlanğıc gözləyirdik. Deyəsən, keçən mövsüm baş verənləri bu mövsümə keçirdik.

Biz bunu tez dəyişməliyik. Bizə yeni, keyfiyyətli futbolçular lazımdır. Onları klubumuza gəlməyə inandırmağa çalışacağıq”.

“Mançester Yunayted” üçün bu məğlubiyyət Premyer Liqada ardıcıl ikinci olub. İngiltərə Premyer Liqasının ilk turunda MY doğma meydanda “Brayton”a 1:2 hesabı ilə uduzub. “Qırmızı şeytanlar” hazırda Premyer Liqada sonuncu yerdədir.

Növbəti turda “Mançester Yunayted” “Liverpul”la qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti