Premyer Liqada komandaları sülhə razılaşan baş məşqçilər dalaşıb "qırmızı" aldı - VİDEO

15 Avqust 2022 00:10 İngiltərə 652
Premyer Liqada komandaları sülhə razılaşan baş məşqçilər dalaşıb "qırmızı" aldı - VİDEO

İngiltərə Premyer Liqasında II tur davam edir.

Sportinfo.az xəbər verir ki, turun maraqlı qarşılaşmalarında biri Londonda keçirilib.

“Çelsi” öz meydanında “Tottenhem”i qəbul edib.

Olduqca gərgin mübarizə şəraitində keçirilən qarşılaşmada qalib müəyyənləşməyib.

Meydan sahibi “Çelsi” iki dəfə hesabda önə çıxsa da, qonaqlar hər iki halda “status-kvo”nu bərpa etməyi bacarıb.

Qarşılaşmanın gedişində və matçdan sonra hər iki komandanın baş məşqçiləri – Tomas Tuxel və Antonio Konte arasında gərginlik yaşanıb ki, oyun bitəndən sonra belə davam edən mübahisələrin yekununda hər iki çalışdırıcı qırmızı vərəqə ilə cəzalandırılıblar.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM