Məşhur baş məşqçi: "Ötürmə gözləyən hücumçuları sevmirəm"

13 Avqust 2022 00:20 İngiltərə 625
Məşhur baş məşqçi: "Ötürmə gözləyən hücumçuları sevmirəm"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandanın hücumçusu Erlinq Haalandla bağlı sualları cavablanırıb.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis 22 yaşlı forvard haqda fikirlərini səsləndirib.

O, norveçli hücumçunun komanda yoldaşları ilə yaxşı anlaşdığını deyib:

"Haaland möhtəşəm futbolçudur. Amma onunla cəmi bir aydır ki, birlikdə çalışırıq. Deməyimə ehtiyac yoxdur, hamımız bilirik ki, qələbəyə aclığı var.

Məni ən çox xoşbəxt edən Haalandın məşqlərdəki performansıdır. Erlinq çox sadədir, ancaq təcrübəli oyunçularla yox, gənclərlə də çox münasibət qurur, futbolçularla yaxşı anlaşır.

Qol vurmaq üçün yaxşı xüsusiyyətləri var. Amma mən ötürmə gözləyən hücumçuları sevmirəm. Hücumçunun oyuna daxil olmasını istəyirəm.

Fikrimcə, Haaland topa sahib olmağı sevir. Təkcə o, yox, bütün futbolçularım çox mübarizə aparmaıdır".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı