"Kluba özümdən bir şey qatmasını istəyirəm və ümid edirəm daha yaxşı olaram”

8 Avqust 2022 00:00 İngiltərə 310
"Kluba özümdən bir şey qatmasını istəyirəm və ümid edirəm daha yaxşı olaram”

“Mançester Siti”nin hücumçusu Erlinq Haland 2022/23 mövsümü üçün hədəflərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı norveçli irəliləmək istədiyini bildirib:

“Mançester Siti” Çempionlar Liqasında, kuboklarda daha yaxşı olmalı və daim İngiltərə Premyer Liqasında formada qalmalıdır.

Asan deyil, çünki İngiltərədə yaxşı komandalar çoxdur. Kluba özümdən bir şey qatmasını istəyirəm və ümid edirəm daha yaxşı olaram”.

Haland Çempionlar Liqasını qazanmaq arzusunda olduğunu da bildirib:

“Mənim arzum Çempionlar Liqasını qazanmaqdır. Bu mənim sevimli turnirimdir, mən onun himnini sevirəm. Bu, çox yaxşı, lakin çətin yarışdır”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"