Premyer Liqa klubunu satın aldı, özü idman direktoru oldu

23 İyun 2022 12:00 İngiltərə 984
Premyer Liqa klubunu satın aldı, özü idman direktoru oldu

“Çelsi” Marina Qranovskayanın idman direktoru vəzifəsindən getdiyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, “Çelsi”nin sahibi Todd Boeli idman direktoru vəzifəsini icra edəcək.

Xəbərdə bildirilir ki, Boeli kluba yeni menecer tapana qədər idman direktoru vəzifəsini özü icra edəcək.

Qranovskaya 2013-cü ildən “Çelsi”də idi. O, London klubunda transfer məsələlərini idarə edib, həmçinin müqavilələrin yenilənməsi işləri ilə məşğul olub.

Qranovskaya İtaliyanın “Tuttosport” nəşri tərəfindən 2021-ci ildə Avropanın ən yaxşı futbol meneceri seçilib.

Qranovskayanın 47 yaşı var. O, Rusiyada anadan olub, Rusiya və Kanada vətəndaşlığına malikdir.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 18:10 Çək və bizə göndər!
20 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 03:30 Canın komandası uduzdu