"Qarabağ"la oyunda qol pası verdi, "Liverpul" aldı

23 İyun 2022 03:10 İngiltərə 1 138
"Qarabağ"la oyunda qol pası verdi, "Liverpul" aldı

"Liverpul" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, "qırmızılar" "Aberdin"in müdafiəçisi Kalvin Remzini rənglərinə bağlayıb.

"Liverpul" 19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb. Gənc sağ cinah müdafiəçisi Premyer Liqa klubunda 22 nömrəli formada çıxış edəcək.

Kalvin Remzi başa çatan mövsümdə "Aberdin"in heyətində meydana çıxdığı 33 matçda 1 qol vurub, 9 məhsuldar ötürmə edib.

Şotlandiyalı futbolçu Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la keçirilən hər iki matçda (1:0, 3:1) 90 dəqiqə meydanda olub və bir qol ötürməsi ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti