"Bilirəm ki, insanların çoxu indi pul haqqında danışmağa başlayacaq"

10 May 2022 18:20 İngiltərə 387
"Bilirəm ki, insanların çoxu indi pul haqqında danışmağa başlayacaq"

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Erlinq Holandın "Mançester Siti"yə mümkün transferi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Klopp, bu transfer baş tutacağı təqdirdə, hər şeyin yeni səviyyəyə yüksələcəyini bildirib:

“Mən yeni müqavilə imzalayanda başa düşürdüm ki, “Mançester Siti” inkişafını dayandırmayacaq.

Ona görə də “Liverpul”un nə qədər xoşbəxt olmasının “Mançester Siti”dən asılı olacağını söyləmək olmaz. Hər şey yalnız bizdən asılıdır.

Erlinq Holand “Mançester Siti”yə keçsə, bu komanda güclənəcək. Bilirəm ki, insanların çoxu indi pul haqqında danışmağa başlayacaq, amma bu transfer hər şeyi yeni səviyyəyə qaldırır. Mən bunu belə şərh etmək istəyirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!