Argentinalı bombardiri alır - Dərhal da icarəyə verəcək

25 Yanvar 2022 10:20 İngiltərə 549
Argentinalı bombardiri alır - Dərhal da icarəyə verəcək

"River Pleyt"in hücumçusu Xulian Alvares yaxın günlərdə "Mançester Siti"yə keçəcək.

Sportinfo.az xəbər verir ki, “şəhərlililər” argentinalı futbolçu üçün təxminən 25 milyon avro ödəyəcək.

“Siti” keçidi rəsmiləşdirən kimi onu 6 ay müddətinə “River Pleyt”ə icarəyə verəcək.

Futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırmaqda problem olmayacağı bildirilir.

Məlumata görə, “Siti” “River Pleyt”də 2018-ci ilin oktyabrında debüt edən hücumçuya 5 illik müqavilə təklif edib.

Onunla “Mançester Yunayted” də maraqlanırdı. Amma argentinalılar çox pul istədikləri üçün MY rəhbərliyi geri çəkilməli olub. Alvares Argentina çempionatının bombardiridir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular