Klubun yeni sahibi bu təyinatı dəstəkləyir

13 Oktyabr 2021 15:20 İngiltərə 703
Klubun yeni sahibi bu təyinatı dəstəkləyir

“Nyukasl”ın əfsanəvi futbolçusu Alan Şirer klubun beynəlxalq səfiri ola bilər.

Sportinfo.az xəbər verir ki, “Nyukasl”ın yeni sahibi – Səudiyyə Ərəbistanının İnvestisiya Fondunun (PIF) rəhbərliyi Şirerin beynəlxalq səfir olması ilə bağlı layihəni dəstəkləyir.

Artıq 51 yaşlı sabiq futbolçu ilə danışıqlar başlayıb.

Fond “Nyukasl”ın səhmlərinin 80 faizini alıb. Buna qədər isə klubun sahibi milyarder Mayk Eşli idi.

Şirer “Nyukasl”da 1996-2006-cı illərdə çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı