"O, daha çox qazanmaq, klub daha az ödəmək istəyir"

14 Sentyabr 2021 21:40 İngiltərə 499
"O, daha çox qazanmaq, klub daha az ödəmək istəyir"

“Liverpul”un sabiq futbolçusu Ceymi Karrager Məhəmməd Salahla bağlı situasiyaya münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, Karrageri Salahla yeni müqavilə bağlanmamağı narahat edir.

O, misirli oyunçunun məvacibinin artırılmalı olduğunu bildirib:

“Yay transfer dönəmində “Liverpul” yeni futbolçuların alınmasına çox pul xərcləmədi. Amma əvəzində xeyli oyunçu ilə müqavilələr yeniləndi. Amma hələ ki, Mo ilə müqavilə uzadılmayıb.

Əlbəttə, Salah məvacibinin artırılmasını istəyir. Deyim ki, bunu haqq edir. O, “Liverpul” üçün etdiklərinə görə Premyer Liqanın ən ödənişli futbolçularından biri olmağa layiqdir.

Salah demək olar ki, zədələnmir və ildən-ilə də komandanın əsas bombardirinə çevrilir. Dəqiqdir ki, Salah “Liverpul” tarixinin ən yaxşı oyunçuları sırasında yer alacaq.

Futbolçu daha çox qazanmaq, klub daha az ödəmək istəyir. İnanıram ki, kompromis variant tapılacaq və Salah daha çox məvacib alacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada