“O, nə edirsə, düz edir - Məşqə gəlmirsə, deməli, səbəbi var”

4 Avqust 2021 22:40 İngiltərə 795
“O, nə edirsə, düz edir - Məşqə gəlmirsə, deməli, səbəbi var”

İngiltərə yığmasının sabiq futbolçusu Qari Nevill “Tottenhem”in hücumçusu Hari Keynin davranışına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, Keyn komandanı tərk etmək niyyətindədir.

O, bu istəyini həyata keçirmək üçün məşqlərə də qatılmır. Nevll Keynin davranışını müadfiə edib:

“Əgər o, məşqə gəlməlidirsə, mütləq gələrdi. Məşqə gəlməyən futbolçunu heç vaxt müdafiə etmək lazım deyil.

Mən Keynlə işləmişəm. Onun peşəkarlığına bələdəm. Keyndən daha peşəkar futbolçu təsəvvür etmirəm.

O, nə edirsə, düz edir. Elə ona görə də məyus olub. Əgər Keyn məşqə gəlmirsə, deməli, onu buna vadar edən səbəblər var”.

Məlumata görə, Keyn “Mançester Siti”yə keçmək istəyir.

Digər Xəbərlər
Xəbər Lenti