COP29

Premyer Liqa klubu Superliqadan imtina edir

20 Aprel 2021 18:20 İngiltərə 534
Premyer Liqa klubu Superliqadan imtina edir

Avropa Superliqasının yaradıcısı olan 12 klubdan biri layihədən geri çəkilmək istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə Britaniyanın “The Times” nəşri məlumat yayıb.

Xəbərdə sözügedən klubun adı çəkilməsə də, onun İngiltərəni təmsil etdiyi bildirilib. Premyer Liqa klubunun belə bir addım atmasına səbəb isə azarkeşlərinin bu layihəyə görə verdiyi sərt reaksiyalardır.

Avropa Superliqasını yaradan 12 klubun 6-sı İngiltərədəndir. Bunlar “Çelsi”, “Mançester Siti”, “Mançester Yunayted”, “Tottenhem”, “Arsenal” və “Liverpul”dur.

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!